"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Terapevt Təkmirə Salahova 
15.06.2025 09:29
"Həkimlərimizi tanıyaq!" rubrikası Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında yeni işə başlayan Poliklinika şöbəsinin həkim-terapevti Salahova Təkmirə Məmməd qızını sizə təqdim edir.
 
O, 1955-ci il aprelin 16-da Gəncədə şəhərində anadan olub. 1976-1982-ci illərdə N. Nərimanov adına Tibb Universitetində təhsil alan Təkmirə Salahova 1983-cü ildə Gəncə şəhər A. Səhhət adına Xəstəxanada həkim-terapevt olaraq internatura keçib.
 
1984-2002-ci illərdə A. Səhhət adına 1 nömrəli xəstəxananın poliklinika şöbəsində sahə həkimi, 2002-2007-ci illərdə isə Gəncə şəhər 6 nömrəli Poliklinikada sahə həkimi işləyib.
 
2007-ci ildən 2021-ci ilə qədər həmin tibb müəssisəsində III Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-2025-ci illərdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Kəpəz Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi fəaliyyətini davam etdirib.
Təkmirə  Salahova 02.06.2025-ci il tarixindən etibarən iDaşkəsən Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-terapevt vəzifəsində çalışır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır