Hestasion şəkərli diabet nədir?
14.06.2025 15:25
Hestasion şəkərli diabet (HŞD) hamiləlik zamanı ilk dəfə yaranan diabet növüdür. Xəstəlik adətən hamiləliyin 24-28-ci həftələrində aşkarlanır. Bir çox hallarda sağlam qidalanma ilə nəzarətdə saxlanılsa da bəzən insulin müalicəsi tələb olunur.
Aztibb.az-ın xəbərinə görə, hestasion diabetin yaranma ehtimalını artıran əsas amillər artıq çəki və piylənmə, ailə üzvlərində diabet olması, 30 yaşdan sonra baş verən hamiləlik, yumurtalıqlarda polikistiz xəstəliyi, qanda qlükoza səviyyəsinin öncədən yüksək olmasıdır.
Risk faktorları olan qadınların hamiləlik planlaması zamanı qlükoza tolerant testi keçmələri tövsiyə olunur.
Hestasion şəkərli diabetdən əziyyət çəkən anaların qanında şəkərin səviyyəsi düzgün tənzimlənmədikdə ana və uşağın sağlamlığında ciddi problemlər yarana bilər:
Anada 2-ci tip şəkərli diabet, qeysəriyyə və yüksək qan təyziqi riski artır;
Dünyaya gələn uşaqda qanda şəkərin səviyyəsi çox tez müddətdə aşağı düşə bilər (hipoqlikemiya) və gələcəkdə piylənmə, tip 2 diabet riski artar. Uşağın erkən əmizdirilməsi hipoqlikemiyanın müalicəsi hesab olunur və fəsadların qarşısını alır.
Hamiləlik dövründə fiziki aktivlik ehtiyatla həyata keçirilməlidir. Əgər düşük riski yoxdursa və həkim icazə verirsə, hamilə qadınlar idmanla məşğul ola bilərlər. Ən təhlükəsiz və faydalı fiziki fəaliyyət isə piyada gəzintidir.
Əgər pəhriz və fiziki aktivlik qan şəkərinin tənzimlənməsində kifayət etmirsə, həkim insulin müalicəsi təyin edə bilər. İnsulinin dozası və tətbiq qaydası hər pasiyent üçün fərdi şəkildə müəyyən edilir.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

