Otorinolarinqoloq Şölə İsmayılova: Çəpər əyriliyinin yeganə müalicə üsulu cərrahi müdaxilədir
15.06.2025 11:32
Uşaqlarda çəpər əyriliyi ən çox travmalar nəticəsində yaranır. Travmatik etiologiyalı deviasiyalar zamanı arakəsmənin qığırdaq hissəsinin çıxıqları da müşahidə olunur.
Bu barədə Aztibb.az-a Neftçala Rayon Mərkəzi Xəstəxanasının həkim-otorinolarinqoloqu Şölə İsmayılova məlumat verib.
Həkim bildirib ki, uşaqlarda burun tənəffüsünün çətinləşməsi, hipersekresiya, udlaqda quruluq, gecə sidik ifrazı hallarında baş verə bilir. Böyüklərdə isə daha çox sinusitlər, başağrısı, tez-tez zökəm zamanı rast gəlinir. Çəpər əyriliyi aşağı balıqqulağına toxunduğundan reflektor olaraq bronxial astma tutmaları və vazomotor rinit törədə bilər. Burun arakəsməsinin əyilmə səbəbi kəllənin üz hissəsi sümüklərinin qeyri-bərabər böyüməsidir ki, burun çəpərinin ayrı-ayrı hissələrinin sürətli və burun tağı dibinin ləng böyüməsi nəticəsində arakəsmə bu və ya digər tərəfə, bəzən də hər iki tərəfə əyilir. Belə hallarda arakəsmə S hərfinə bənzər formaya malik olur. O, raxit və travma ilə də müşahidə oluna bilər. Burun çəpərinin deviasiyası zamanı Killian tərəfindən təklif edilmiş selikli qişaaltı rezeksiya əməliyyatı icra olunur.
Onun sözlərinə görə, çəpər əyriliyinin yeganə müalicə üsulu cərrahi müdaxilədir. Cərrahi əməliyyat burun çəpərinin düzəldilməsi və çəpər əyriliyi səbəbindən yaranan sağlamlıq problemlərinin aradan qaldırılmasına istiqamətlənir.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

