Britaniyada qan ehtiyatları azalıb, 200 min yeni donor axtarılır
15.06.2025 09:16

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) ölkədə qan ehtiyatlarının kritik həddə çatdığını açıqlayıb.

 

Aztibb.az BBC-yə istinadla xəbər verir ki, qurum 200 min yeni donorun axtarışına ehtiyac olduğunu vurğulayıb. Qan ehtiyatlarının aşağı səviyyədə olması səbəbilə ötən il “sarı xəbərdarlıq” (“amber alert”) elan edilmişdi. Hazırda isə vəziyyətin daha da pisləşdiyi, xüsusilə O neqativ qan qrupuna tələbatın yüksək olduğu bildirilir. Bu qan qrupu əksər xəstələrə verilə bildiyi üçün xüsusi əhəmiyyət daşıyır.

 

İngiltərədə qan donasiyası sisteminə nəzarət edən “NHS Blood and Transplant” (NHSBT) qurumunun rəhbəri Dr. Co Farrar bildirib ki, hazırda təxminən 800 min müntəzəm donor var və bu sayın ən azı 1 milyona çatdırılması vacibdir.

 

Bildirilib ki, qan ehtiyatlarının daha da azalması “qırmızı xəbərdarlıq” səviyyəsinə səbəb ola bilər. Bu isə xəstələrin müalicəsinin gecikməsi və ictimai təhlükəsizliyin təhdid altına düşməsi deməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır