Ağciyər xərçənginin erkən diaqnostikasında CYFRA 21-1 testi
08.06.2025 13:36

Son illər xüsusilə COVID-19 xəstəliyini ağırlaşmış şəkildə keçirən insanlar və mütəmadi olaraq siqaret istifadə edən şəxslər arasında ağciyər xərçəngi diaqnozunun qoyulduğu hallar artmaqdadır.

 

Aztibb.az xəbər verir ki, CYFRA 21-1 (Sitokeratin 19 fraqmenti ) testi ağciyər, qida borusu və sidik kisəsi xərçənglərinin diaqnostikasında və monitorinqində istifadə olunan spesifik onkomarkerlərdən biridir. CYFRA 21-1 testi xüsusilə skuamoz hüceyrəli ağciyər xərçəngi üçün ən yüksək həssaslığa malikdir.

 

Bronxların xərçəngində CYFRA 21-1 testinin həssaslığı, daha öncə istifadə olunan CEA və SCC kimi digər markerlərlə müqayisədə çox yüksəkdir.

 

CYFRA 21-1 və CA 15-3 birgə təyini süd vəzi xərçənginin mərhələlərinin dəyərləndirilməsində də mühüm əhəmiyyət kəsb edir.

 

CYFRA 21-1 testi NSCLC (kiçik hüceyrəli olmayan ağciyər xərçəngi) diaqnostikasında spesifik onkomarker sayılır.

 

Qeyd edək ki, test nəticələri bədxassəli xəstəliyin olub-olmamasının diaqnozunun qoyulmasında tək test kimi dəyərləndirilə bilməz.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır