İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
07.06.2025 14:28

Respublika Qan Bankının təşkilatçılığı ilə İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, aksiyada İmişli RMX-nım, İmişli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri fəal iştirak ediblər.

 

Müxtəlif irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə keçirilən aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini əvvəlcədən yoxlayaraq qan analizləri götürüblər. Yalnız tibbi baxışdan keçən və tam sağlam olan şəxslərdən qan qəbul olunub.

 

Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirib, digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

 

Qeyd edək ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır