Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
07.06.2025 11:02

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci ildə qəbul etdiyi qərara əsasən təsis olunub. Məqsəd qida təhlükəsizliyinə qlobal diqqəti yönəltmək, ictimaiyyəti maarifləndirmək və müxtəlif tərəflərin bu sahədə məsuliyyətini bir daha vurğulamaqdır.

 

Aztibb.az xəbər verir ki, bu il bu əlamətdar gün “Qida təhlükəsizliyi: elm fəaliyyətdədir” şüarı ilə qeyd olunur. Şüar elmi biliklərin və onların praktik tətbiqinin qida təhlükəsizliyinin təminində nə qədər mühüm rol oynadığını xüsusi olaraq önə çəkir.

 

Azərbaycan da bu qlobal çağırışa cavab olaraq qida təhlükəsizliyi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) mühüm elmi-tədqiqat və laborator xidmətləri ilə seçilir. AQTİ-nin müasir texnologiyalarla təchiz edilmiş laboratoriyaları və yüksək ixtisaslı kadr potensialı elmi yanaşmanın uğurla həyata keçirilməsinə geniş imkan yaradır.

 

İnstitut əməkdaşları yerli və beynəlxalq təlimlərdə iştirak etməklə bilik və bacarıqlarını davamlı şəkildə artırır. Bu, həm milli, həm də beynəlxalq miqyasda qida təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

 

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir