Ana qızına qaraciyərini verdi - Mərkəzi Klinikada uğurlu əməliyyat
06.06.2025 17:24

Mərkəzi Klinikada ümumi cərrah, transplantoloq Tariyel Nadirov tərəfindən daha bir uğurlu əməliyyat icra edilib. 
 
Aztibb.az xəbər verir ki, bu barədə transplantoloq Tariyel Nadirov sosial şəbəkədə məlumat paylaşıb.
 
Məlumatda bildirilir: "3 həftə əvvəl otoimmun sirroz səbəbilə qaraciyər köçürdüyümüz xəstə bu gün kontrola gəlmişdi.
 
Anasının qaraciyərinin sağ payını xəstəmizə köçürmüşdük.
 
Əməliyyatı da problemsiz keçmişdi.
 
Əməliyyatdan sonrakı dövrdə xəstənin biluribin göstəricilərində yüksəlmə görüldü (otoimmun xəstəliyin alovlanması düşünüldü).
 
Xəstəyə plazmafarez prosedurları və uyğun tibbi müalicə başlanıldı və gedişatda biluribin göstəricilərində düzəlmə görüldü.
 
Bunu yazmaqda məqsədim doğru və zamanında verilən qərarların nə qədər önəmli olduğunu vurğulamaqdır.
 
Bu gün xəstə kontrola gəlmişdi. Hər şey yolunda gedir.
 
Əziyyəti olan hər kəsə - Əməliyyatxana və anesteziologiya şöbəsinə, Reanimasiya şöbəsinə, orqan nəqli servisinə, laboratoriyaya təşəkkürümü bildirirəm".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır