Şirvan ŞMX-da şəhid atasının üzərində icra olunan iki əməliyyat uğurla başa çatıb  
06.06.2025 12:57

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Hacıqabul rayon şəhidi Cavad Cavadovun atası Dəyanət Cavadovun üzərində icra olunan əməliyyat uğurla həyata keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinə müraciət edən Hacıqabul rayon sakini 1944-cü il təvəllüdlü pasiyentə sağ bud sümüyünün burmalardan keçən qapalı qəlpəli yerdəyişən sınığı, şəkərli diabet II tip, insulindən aslı diaqnozu təyin edilib. Qısa cərrahi əməliyyat önü hazırlıqdan sonra bud sümüyünün proksimal ucunun qapalı üsulla repozisiyası və bloklayıcı intramedulyar osteosintezi əməliyyatı icra olunub.

 

Sözügedən əməliyyatı həkim-travmatoloq Şəmsi Əhmədov tərəfindən həyata keçirilib.


Qeyd edək ki, travmatoloji əməliyyatdan 10 gün sonra şəhid atasının üzərində mədə perforasiyası əməliyyatı icra olunub. Sözügedən əməliyyatda direktorun cərrahi xidmətlər üzrə müavini (ümumi cərrah) Nəsib Səhratov, tibb üzrə fəlsəfə doktoru Namizəd Xankişiyev, anestezioloq Sahib Hümbətov, əməliyyat tibb bacısı Səbirə Teymurova, anestezist Yeganə Salahova tərəfindən həyata keçirilib. Hal-hazırda şəhid atası ambulator müalicə üçün evə buraxılıb.

 

Məlumat üçün onu bildirək ki, Hacıqabul rayon şəhid Cavadov Cavad Dəyanət oğlu 27.11.1973-cü ildə Hacıqabul rayonunda anadan olub. 19.05.1992-ci ildə hərbi xidmətə yollanıb. 06.09.1992- ci ildə Ağdam rayonu Abdul-Gülablı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır