Mərkəzi Gömrük Hospitalında ilkin yanğın təhlükəsizliyi qaydaları ilə bağlı praktiki təlim keçirilib  
06.06.2025 11:56
Mərkəzi Gömrük Hospitalında inzibati və tibbi heyət üçün fövqəlada hallar zamanı ilkin yanğın təhlükəsizliyi qaydaları və pasiyentlərin təxliyyəsi ilə bağlı praktiki təlim keçirilib. Təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrinin əməkdaşları, tibb bacıları, tibb qardaşları, həkim rezidentlər və texniki işçilər iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından xəbər verilib.
 
Tədbirin açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunmasının təkcə maddi zərərlərin qarşısının alınması baxımından deyil, həm də pasiyentlərin sağlamlığı və həyatı üçün olduqca vacib olduğunu qeyd edib.
Dr.İsmayıl Əfəndiyev əməkdaşların fövqəladə hallarda düzgün və operativ reaksiya verə bilməsinin, eləcə də hərəkət qabiliyyəti məhdud olan pasiyentlərin təhlükəsiz və koordinasiyalı şəkildə təxliyəsi prosesində, əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasında, ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə bacarığının təkmilləşdirilməsində və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsində bu cür təlimlərin əhəmiyyətini diqqətə çatdırıb.
 
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov çıxış edərək hər bir əməkdaşın yanğın və digər fövqəladə vəziyyətlər zamanı sürətli qərar vermə, düzgün davranış modeli sərgiləmə və effektiv komanda işi nümayiş etdirmə bacarığı həyati önəm daşımasını, belə təlimlərin tibbi personalın fövqəladə situasiyalara qarşı psixoloji hazırlığını da gücləndirdiyini qeyd edib.
 
Təlimin praktiki hissəsində Mərkəzi Gömrük Hospitalının yanğından mühafizə üzrə məsul şəxs Qasımov Rizvan ilkin yanğın zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, fövqəladə hallarda pasiyentlərin təhlükəsiz şəkildə təxliyəsi prosesi barədə geniş məlumat verib, yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları, ilkin yanğın təhlükəsizliyi qaydalarını və idarə olunması proseslərini ardıcıl şəkildə vizual olaraq izah edib.
 
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb və praktiki nümunələr üzərində fikir mübadiləsi həyata keçirilib.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir