Respublika Klinik Xəstəxanasının hematoloqu - Vüqar Şirzadov
07.06.2025 09:09
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız növbəti təbibimiz hematoloq Vüqar Şirzadovdur.
 
O, 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1989-1991-ci illərdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında çalışıb. 1991-ci ildən Respublika Klinik Xəstəxanasında həkim-hematoloq vəzifəsində fəaliyyət göstərir.
 
Vüqar Şirzadov 1996-2000-ci illərdə Qarabağ zonasının N saylı hərbi hissəsində tibbi xidmət rəisi kimi xidmət göstərib.
 
2006-ci ildə təsdiq edilmiş "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" nın yaradıcılarından biridir.
 
2015-2021-ci illərdə Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ildən Respublika Klinik Xəstəxanasında həkim-hematoloq vəzifəsində fəaliyyət göstərir.
 
Bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib.
 
Ehtiyyatda olan tibb xidmət mayorudur.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır