Astmanın yaranmasına təsir edən FAKTORLAR
06.06.2025 11:33
Bronxial astma tənəffüs yollarının xroniki, yəni uzunmüddətli iltihabi xəstəliyidir. Mütəxəssislər bu xəstəliyin vaxtında diaqnoz və müalicə ilə nəzarətdə saxlanılmasının mümkün olduğunu bildirirlər.
 
Allerqoloq Nigar Həşimova məsələ ilə bağlı Aztibb.az-a bildirib ki, astma zamanı bronxlar, yəni ağciyərlərə hava aparan yollar həssas olur və müəyyən təsirlərlə daralır.
 
Həkim qeyd edib ki, bu zaman bronxlarda iltihab, şişkinlik və selik ifrazı artır. Bu da nəfəsalmanı çətinləşdirir. Astmanın əsas əlamətləri nəfəs darlığı, xırıltılı nəfəsalma, öskürək (xüsusilə gecə və səhər saatlarında), döş qəfəsində sıxılma hissi və s.-dir.
 
Nigar Həşimovanın sözlərinə görə, bu əlamətləri müşahidə edən şəxslər dərhal həkimə müraciət etməlidir. Xəstəliyin gedişatı fərdi olsa da, erkən müdaxilə və düzgün yanaşma ilə astma nəzarət altına alına bilər. Astmanın yaranmasına bir sıra faktorlar təsir edir. Allergiyalar — məsələn, toz, heyvan tükü, polen, soyuq hava, fiziki aktivlik, virus infeksiyaları və siqaret tüstüsü kimi kimyəvi təsirlər astmanı tətikləyə bilər.
 
Allerqoloq bildirib ki, astma xəstələrinə ən çox tətbiq olunan müalicə üsullarından biri inhalyatorlardır. Bu dərmanlar ya bronxları genişləndirir, ya da iltihabı azaldır. Bundan əlavə, profilaktik tədbirlər — yəni allergenlərlə təmasdan qaçmaq, düzgün həyat tərzi və daimi həkim nəzarəti müalicənin vacib hissəsidir. Bronxial astma müalicə oluna bilən deyil, nəzarətdə saxlanıla bilən bir xəstəlikdir: "Dərmanların vaxtında və düzgün qəbulu ilə astmalı şəxslər tam normal həyat tərzi sürə bilərlər".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır