Təcrübəli uşaq cərrahı Məzahir Müzəffərov - Həkimlərimizi tanıyaq!
06.06.2025 09:49
“Həkimlərimizi tanıyaq!” rubrikamızın qonağı təcrübəli uşaq cərrahı Məzahir Müzəffərovdur.
 
Müzəffərov Məzahir Mahir oğlu 3 fevral 1998-ci ildə Abşeron Rayonu Saray qəsəbəsində doğulub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 2011-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Uşaq cərrahiyyəsi kafedrasında rezidentura keçib.
 
2011-2014-cü illərdə 1 Saylı Şəhər Klinik Xəstəxanasında, 2014-2015-ci illərdə Türkiyə Cümhuriyyəti Çukurova Universiteti Balcalı Xəstəxanası Uşaq Cərrahiyyəsi şöbəsində, 2015-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Uşaq cərrahiyyəsi şöbəsində, 2016-2018-ci illərdə “Grand Hospital”da, 2016-2019-cu illərdə Sumqayıt şəhər 2 nömrəli Uşaq Poliklinikasında, 2018-2019-cu illərdə “Medistyle Hospital”da uşaq cərrahı vəzifələrində çalışıb.
 
Bundan başqa, 2019-2021-ci illərdə Səudiyyə Ərəbistanı Krallığı “Dammam Maternity and Children Hospital” da mütəxəssis uşaq cərrahı, 2021-2022-ci illərdə Sumqayıt Hospitalda uşaq cərrahı, 2022-2023-cü illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasının Baş həkimi, 2023-2025-ci illərdə “Uniklinika” və 10 Saylı Uşaq Poliklinikasında uşaq cərrahı kimi fəaliyyət göstərib.
 
Məzahir Müzəffərov 2025-ci ilin may ayından Masallı Rayon Mərkəzi Xəstəxanasında uşaq cərrahı işləyir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır