Pasiyentin ayağı amputasiya olunmaqdan xilas edildi  
04.06.2025 12:03
Mayın 21-də 1960-cı il təvəllüdlü pasiyent – Xalq şairi Dərgahquluyev Hüseyn Şəmistan oğlu baldır sümüyünün tam qırılması və ayrılması, yumşaq toxumaların, əzələlərin, sinirlərin, vətərlərin, arteriya və venaların ciddi zədələnməsi, güclü açıq qanaxma və şok vəziyyəti diaqnozları ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
 
Qazax RMX-dan Aztibb.az-a bildirilib ki, o, ot biçərkən otbiçən cihazın qəfil qırılması nəticəsində sağ baldırın aşağı 1/3 hissəsindən ağır travma alıb.
 
Pasiyent dərhal travmatoloq Fəxrəddin Əliyev və ümumi cərrah Şəhriyar Dağıstanlı tərəfindən təcili əməliyyata alınıb. Əməliyyatda qırılmış və kəsilmiş sümüklərin rekonstruksiyası, zədələnmiş damar, sinir, əzələ və vətərlərin bərpası, ayağın orijinal anatomik struktura uyğun olaraq yerinə tikilməsi icra olunub. Nəticədə pasiyentin ayağı amputasiya edilməkdən xilas olunub.
 
Müalicəsi Qazax Rayon Mərkəzi Xəstəxanasında davam edən şəxs iyunun 3-də vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır