ATU-da buraxılış imtahanları yeni formatda təşkil olunur  
04.06.2025 10:05

Azərbaycan Tibb Universitetində (ATU) bakalavr pilləsi üzrə buraxılış imtahanları keçirilib.

 

Ötən illərdən fərqli olaraq bu il yeni imtahan formatı tətbiq olunub.

 

ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov imtahan prosesinə nazarət edib və mühüm yeniliklər haqqında Aztibb.az-a fikirlərini bölüşüb.

 

Prorektor bildirib ki, Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarına əsasən, bu il İctimai səhiyyə, Əczaçılıq və Stomatologiya fakültələrində buraxılış imtahanları yeni formatda keçirilir. Belə ki, imtahanlar iki mərhələdə üç qiymətləndirmə yolu ilə aparılır. Tələbələr ilk gündə nəzəri və praktiki biliklər üzrə imtahan verirlər. İkinçı gün isə imtahanlar OSKİ formatında keçirilir.

 

“İmtahanlar hər fakültənin xüsusiyyətlərini nəzərə alaraq təşkil olunub. Yeni format sayəsində tələbə öz kommunikasiya bacarıqlarını nümayiş etdirir, müəllimlə bir başa əlaqə qurur, fikrini şifahi ifadə edir. Beş sualı cavablandırmaq üçün beş müəllim cəlb olunur. Bu gün üç fakültədə keçirilən imtahanların gedişatı ilə tanış oldum. Fakültələrin rəhbərliyi, müəllimlər və tələbələr imtahanların təşkilindən razı qaldığını bildiriblər”, - professor Nazim Pənahov vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub