Reanimasiya və anesteziya üzrə tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilir  
04.06.2025 11:43
TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində reanimotoloji-anestezioloji xidmətin keyfiyyətinin artırılması və regionlarda sahə üzrə kadr potensialının gücləndirilməsi məqsədilə Yeni Klinikada keçirilən təlimlərin ikinci mərhələsinə start verilib.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, təlimlərin növbəti mərhələsində Qazax, Şəmkir, Tovuz, Ağstafa və Gədəbəy rayon mərkəzi xəstəxanalarının Reanimasiya və Anesteziologiya şöbələrində çalışan 5 həkim və 20 orta tibb işçisi Yeni Klinikaya ezam olunub.
 
Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə təşkil olunan təlim proqramı çərçivəsində iştirakçılar ilkin qiymətləndirmədən keçirib. Bir ay davam edəcək proqram zamanı tibbi heyət Reanimasiya və Anesteziologiya şöbələrində həm nəzəri, həm də praktiki biliklərini artıracaq, real klinik hallarda təcrübə qazanacaq.
 
Həmçinin təlim müddətində nəzəri biliklərin artırılması məqsədilə iştirakçılar “TƏBİB Akademiyası”nda təşkil olunan seminar və təlim sessiyalarına qatılacaq.
 
Qeyd edək ki, sözügedən layihə çərçivəsində bölgələrdə göstərilən reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin artırılması və tibbi heyətin peşəkar inkişafına töhfə verilməsi nəzərdə tutulur. Təlimlərin ilk mərhələsi uğurla başa çatıb və layihəyə TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin də cəlb olunması planlaşdırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır