Hüceyrə terapiyası bərk şişlərə qarşı ümidverici nəticələr göstərib
06.06.2025 16:01

Çində aparılan yeni bir klinik sınaq müalicəsi çətin olan bərk şişlərə qarşı CAR-T (kimerik antigen reseptoru olan T hüceyrələri) immunoterapiyasının ümidverici nəticələr verdiyini göstərib. Bu terapiya, xüsusilə mədə xərçəngi olan xəstələrdə sınanaraq standart müalicələrlə müqayisədə sağ qalma müddətində əhəmiyyətli artım nümayiş etdirib.

 

Aztibb.az “Nature” jurnalına istinadla xəbər verir ki, CAR-T terapiyası zamanı xəstənin özündən alınan T hüceyrələri genetik mühəndisliklə dəyişdirilərək xərçəng hüceyrələrini tanıyan xüsusi zülalları ifadə etmək qabiliyyətinə malik olur. Sonra bu hüceyrələr xəstəyə geri infuziya edilir. Bu metod daha əvvəl qan xərçəngi növlərində uğurla tətbiq olunub. Lakin bərk şişlər, xüsusilə də mədə-bağırsaq traktında yerləşənlər CAR-T terapiyasına qarşı daha az həssas olub. Avstraliyanın Oliviya Nyuton-Con Xərçəng Araşdırma İnstitutunun mütəxəssisi doktor Liza Myelke bildirir: “Bərk şişlər adətən CAR-T hüceyrə terapiyasına zəif cavab verir. Lakin bu sınaq yeni yanaşmanın bu cür şişlərə qarşı potensialını ortaya qoyur və gələcək müalicə strategiyalarının optimallaşdırılması üçün əsas verir”.

 

Sınaqda istifadə edilən CAR-T hüceyrə terapiyası “satricabtagene autoleucel” (qısaldılmış adı ilə satri-cel) - “CLDN18.2” adlı molekulu hədəf alır. Bu molekul mədə-bağırsaq şişlərində yüksək səviyyədə ifadə olunur. Klinik sınaqda 18–75 yaş aralığında, CLDN18.2 pozitiv olan və əvvəlki iki müalicə kursuna cavab verməmiş 156 xəstə iştirak edib. Bu şəxslərdən 88-i satri-cel müalicəsi alıb, qalan 52 nəfər isə standart terapiyalarla müalicə olunub. Sınaq zamanı satri-cel terapiyası, müalicənin effektivliyini artırmaq üçün immunosupressiv rejimlə birgə tətbiq olunub. Bu strategiya qeyri-spesifik immun hüceyrələrinin müvəqqəti olaraq azaldılmasına yönəlib və bu, T hüceyrələrinin şiş toxumasına daha effektiv hücum etməsinə şərait yaradıb. Alınan nəticələr, CAR-T hüceyrə terapiyasının yalnız qan xərçəngi növləri ilə məhdudlaşmayaraq, bərk şişlərə qarşı da effektiv ola biləcəyini göstərir. Tədqiqatçılar terapiyanın daha geniş miqyasda sınaqdan keçirilməsini və müalicə protokollarının təkmilləşdirilməsini zəruri hesab edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır