Agentlikdə əlilliyi olan bir qrup şəxslə görüş keçirilib  
04.06.2025 10:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müharibə ilə əlaqədar əlilliyi olan bir qrup şəxslə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a məlumatı ƏƏSMN verib.

 

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev son illər ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Reabilitasiya sahəsində keyfiyyət və əlçatanlığın təmin edilməsi üçün atılan addımlar, xidmətlərin həcminin genişləndirildiyi, alternativ reabilitasiya üsullarının tətbiq edildiyi diqqətə çatdırılıb.

 

Qeyd olunub ki, postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində 3600 nəfər müharibə iştirakçısı, onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib və həmin xidmətlər bu gün də davam etdirilir.  Həmçinin protez istehsalı sahəsində dünyanın qabaqcıl şirkətləri olan “Ottobock” (Almaniya) və “ÖSSUR” (İslandiya) şirkətləri ilə sıx əməkdaşlıq qurularaq, 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.

 

Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, əlillik sahəsində aparılan islahatlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlərlə bağlı razılıqlarını ifadə ediblər. 

 

Görüşdə əlillik və reabilitasiya sahəsində həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”