Portfolio diyeti ürək-damar xəstəlikləri riskini azaldır
03.06.2025 16:54

“Unity Health Toronto” təşkilatı və Toronto Universitetinin alimləri tərəfindən aparılan iki yeni araşdırma Portfolio diyetinin (bitki məhsulları ilə qidalanma planı) müxtəlif insan qruplarında ürək-damar xəstəlikləri və ölüm riskini azalda biləcəyini göstərir.

 

Bu barədə Aztibb.az xarici mediaya istinadla xəbər verir.

 

“BMC Medicine” jurnalında dərc edilən ilk araşdırma təqribən 15 min amerikalının məlumatlarını təhlil edib və göstərib ki, Portfolio diyetinə riayət etmək ürək-damar xəstəlikləri səbəblərindən ölüm riskinin əhəmiyyətli dərəcədə azalda bilər.

 

Bu, 2003-cü ildə Temerti Universitetinin Tibb fakültəsinin professoru David Cenkins tərəfindən hazırlanmış diyet planını ürək-damar və bütün səbəblərdən ölüm hallarını azaltmaqla əlaqələndirən ilk araşdırmadır.

 

“Hətta bir ovuc qoz-fındıq və ya yarım stəkan bişmiş lobya kimi bu qidalardan az miqdarda əlavə etmək belə fayda verə bilər. Müsbət dəyişiklikləri görmək üçün ciddi pəhriz saxlamağa ehtiyac yoxdur”, -deyə aparıcı müəllif və Temerti Universitetinin tədqiqatçısı Meqan Kavana deyib.

 

Pəhriz rejiminə orta dərəcədə riayət edilməsinin ürək-damar xəstəlikləri riskini 12 faiz, risk faktorlarını 14 faiz və bütün səbəblərdən ölüm hallarını 12 faiz azaltmaq da daxil olmaqla, əhəmiyyətli faydaları olduğu sübut edilib.

 

Komanda 24 saatlıq qida xatırlatma sorğusu və əvvəlki tədqiqatların qida tezliyi anketlərindən istifadə edərək pəhriz vərdişlərini araşdırıb. İkinci tədqiqat diqqəti daha gənc, çox vaxt diqqətdən kənarda qalan demoqrafik təbəqəyə yönəldib. “BMC Public Health” jurnalında dərc olunan bu tədqiqat “Toronto Nutrigenomics and Health Study”nin məlumatlarından istifadə edərək 20 yaşlarında olan 1500-ə yaxın etnik mədəni müxtəlifliyi nəzərdən keçirib.

 

Məlum olub ki, gənc yetkinlik dövründə başlayan Portfolio diyetinin 50 faizinə riayət etmək sonrakı həyatda ürək-damar xəstəlikləri riskinin artımını təxminən altı il gecikdirə bilər. Pəhrizə tam riayət etmək isə bu riski 13 il yubada bilər. Alimlər vurğulayırlar ki, gənc yetkinlik dövründə pəhriz müdaxilələri xüsusilə vacibdir, çünki adi həyat keçidləri - məsələn, ilk dəfə evdən köçmək və ya məktəbi bitirmək - əvvəllər pəhriz keyfiyyətinə mənfi təsirlərlə əlaqələndirilirdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır