TƏBİB Avstriyanın “EVER Pharma” şirkəti ilə əməkdaşlıq edəcək
03.06.2025 14:49

TƏBİB və Avstriyanın “EVER Pharma” əczaçılıq məhsullarının istehsalçısı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Aztibb.az-a bu barədə TƏBİB-dən bildirilib.

 

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, struktur bölmə rəhbərləri, “EVER Pharma”nın baş icraçı direktoru Yuliya Hillebrand, direktoru Corc Kavati və kommersiya xidmətləri üzrə rəhbər Maksimilian Şmitzberger və digər rəsmi şəxslər iştirak edib.

 

Tibb müəssissələrinin yeni dərman vasitələri və tibbi cihazlarla təmin edilməsi istiqamətində TƏBİB-in son dövrlər həyata keçirdiyi yeniliklər barədə məlumat verən A.Nəsirov bildirib ki, Anlaşma Memorandumunun tələblərindən irəli gələn yeniliklərin tezliklə həyata keçməsi üçün lazımi dəstək verməyə hazırdırlar.

 

“EVER Pharma” haqqında məlumat verən qonaq M.Şmitzberger qeyd edib ki, şirkət 1934-cü ildə təsis edilib və əsasən, sinir sistemi xəstəlikləri, onkologiya və bir sıra kritik tibbi sahələr üzrə ixtisaslaşıb. O bildirib ki, Almaniyanın Yena və Avstriyanın Unterax şəhərlərində yerləşən şirkət, əsasən, steril dozaj formalarının hazırlanması və istehsalı sahəsində seçilirlər və qazandıqları təcrübələri Azərbaycanla bölüşməyə hazırdırlar.

 

Qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd edən A.İsrafilov bu ilin əvvəlində TƏBİB rəsmilərinin Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində “EVER Pharma”ya və istehsal sahəsinə ziyarətini xatırladaraq, bundan sonra birgə həyata keçiriləcək səhiyyə layihələrinin uğurlu nəticələr verəcəyinə inandığını bildirib

 

Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycanda davam edən səhiyyə islahatlarının dəstəklənməsi, “EVER Pharma”nın ixtisaslaşdığı sahələr üzrə yeniliklərin ölkəmizdə tətbiq edilməsi və nəzərdə tutulan istiqamətlər üzrə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədini daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır