EKQ kursunu uğurla başa vuran 22 həkimə sertifikatlar təqdim olunub
03.06.2025 15:32
İki ay yarım davam edən “Təxirəsalınmaz hallarda EKQ diaqnostika” kursunu uğurla tamamlayaraq yekun imtahanda yüksək nəticələr göstərən 22 həkimə sertifikatlar təqdim olunub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Aztibb.az-a bildirilib ki, tədbirdə iştirak edən Mərkəzin direktoru Mirələm Calalov kurs iştirakçılarını təbrik edərək onların peşə hazırlığının artırılmasını yüksək qiymətləndirib. O, çıxışında təcili tibbi yardım sisteminin əsas məqsədinin operativ və keyfiyyətli tibbi xidmət göstərmək olduğunu vurğulayıb:
“Təcili tibbi yardım sadəcə bir xidmət deyil, həyatla ölüm arasındakı körpüdür. Bizim həkimlər hər gün onlarla insanın həyatını xilas edir. Onların bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlər şərtdir. Bu gün sertifikat alan hər bir həkim öz məsuliyyətini dərk edərək bu yola addım atıb.”
Mirələm Calalov çıxışında bir sıra aktual məsələlərə də toxunub. Xüsusilə, əsassız və təcili yardımın profili ilə uyğun gəlməyən çağırışların artması ilə bağlı narahatlığını bildirib:
“Əfsuslar olsun ki, hər gün daxil olan çağırışların müəyyən hissəsi təcili tibbi yardımın profili ilə uyğun gəlmir. Bu cür əsassız çağırışlar, real ehtiyac içində olan və həyat təhlükəsi yaşayan xəstələrə çatmaq imkanlarımızı məhdudlaşdırır. Vətəndaşlarımızdan xahişimiz odur ki, təcili yardıma yalnız real ehtiyac olduğu halda müraciət etsinlər. Bu, həm sistemin düzgün işləməsi, həm də ehtiyac sahiblərinə vaxtında yardımın çatdırılması baxımından son dərəcə vacibdir.”
Direktor qeyd edib ki, Mərkəz tərəfindən həm həkim heyətinin hazırlığına, həm də ictimai maarifləndirmə işlərinə diqqət artırılır.
Sonda Mirələm Calalov kurs iştirakçıları ilə səmimi söhbət edib, onların təəssürat və təkliflərini dinləyib, gələcəkdə həyata keçiriləcək təlim proqramları barədə fikir mübadiləsi aparıb.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

