Səhiyyə naziri Teymur Musayev və Gənclər və İdman naziri Fərid Qayıbov "Sağlam Radio"nun xüsusi qonaqları olublar
03.06.2025 13:08

Bu gün 93 FM dalğasında yayımlanan “Sağlam Radio”nun bir yaşı tamam olur.


Səhiyyə naziri Teymur Musayev və Gənclər və İdman naziri Fərid Qayıbov "Sağlam Radio"nun bir yaşı münasibətilə “Sağlam səhər” verilişinin xüsusi qonaqları olublar.


Aztibb.az-ın məlumatına görə, nazirlər radionun səhər və axşam efirlərində sağlam həyat tərzi, düzgün qidalanma, idman və psixoloji sağlamlıq, müxtəlif xəstəliklər haqqında maarifləndirici mövzuların geniş müzakirəsi, ictimaiyyətə dəyərli məlumatlar çatdırıldığını vurğulayaraq, bir il ərzindəki fəaliyyəti yüksək qiymətləndiriblər.


Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, "Sağlam Radio” sübut etdi ki, sağlamlıq haqqında danışmaq sadə, asan, həm də faydalıdır: “Bu platformada mütəxəssislər ən mürəkkəb mövzuları hər kəs üçün anlaşılan tərzdə izah edirlər".


Gənclər və İdman naziri Fərid Qayıbov radionun idman və aktiv həyat tərzinin təşviqindəki rolunu xüsusi vurğulayıb: "”Sağlam Radio” yalnız informasiya vermir, həm də insanları aktiv həyata, sağlam yaşamağa sövq edir. Burada müzakirə olunan mövzular və idman barədə aparılan səmimi söhbətlər gənclər tərəfindən də maraqla dinlənilir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır