"İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemlər istifadəyə verib
02.06.2025 12:28

Səhiyyə Nazirliyində dövlət qulluqçusunun Rəqəmsal iş yeri - “İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemlərin təqdimatı keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, təqdimatda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, bu təşəbbüs dövlətin rəqəmsallaşma sahəsindəki strateji prioritetlərinə cavab verir: “Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal hökumətə keçidin sürətləndirilməsi və iqtisadiyyatın diversifikasiyası məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal səhiyyə ekosisteminin inkişafı ilə bağlı tədbirləri davam etdirir”.

 

Nazirin sözlərinə görə, rəqəmsal texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına çıxışın yaxşılaşdırılmasında mühüm rol oynayır. Bildirilib ki, vətəndaşların sağlamlığının, eyni zamanda səhiyyənin təhlili və monitorinqi sisteminin vahid rəqəmsal landşafta inteqrasiyası əhalinin sağlamlığının yaxşılaşdırılması, habelə səhiyyə müəssisələrinin fəaliyyətinin optimallaşdırması üçün əsaslandırılan qərarların qəbuluna dəstək olacaq.

 

Teymur Musayev, həmçinin qeyd edib ki, tibbi xidmətlərin əlçatanlığının və dəqiqliyinin artırılması üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritet məsələlərdən biridir. “Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”, - deyə nazir fikrini tamamlayıb.

 

Tədbirdə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, ötən il ərzində Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən 45-ə yaxın rəqəmsal təşəbbüs həyata keçirilib ki, bunlardan 17-si Naxçıvan Muxtar Respublikasında reallaşdırılıb: “Onların arasında ölkədə səhiyyə sahəsində funksiyaların icrasında mühüm rol oynayan texnoloji həllər tətbiq edilib. Bunlara "Dərman vasitələrinin izlənməsi və monitorinqi sistemi", "Elektron resept sistemi", "Elektron epikriz sistemi", "Elektron bülleten sistemi" və digər sistemlər daxildir. Lakin bugün təqdim olunan "İntranet" sistemi xüsusi qürur mənbəyidir. “Agile” metodologiyası ilə hazırlanmış bu sistem dövlət landşaftında ilk dəfə olaraq dövlət qulluqçusunun iş yerini avtomatlaşdıran sistemdir”.

 

Səhiyyə nazirinin müşavirinin sözlərinə görə, yaradılmış "İntranet" sistemi yalnız nazirliyin səlahiyyətli əməkdaşlarının giriş imkanına malik olduğu təhlükəsiz və qapalı şəbəkə mühitidir. Bu isə məlumatların məxfiliyini və idarəetməsini təmin edir: “Sistem nazirliyin daxili rəqəmsal resurslarına fasiləsiz çıxışa, iş materialları və sənədlərin strukturlaşdırılmış şəkildə saxlanmasına, əməkdaşlığa və sənəd mübadiləsinə imkan yaradır. “İntranet” sistemində iş sənədləri, xəbərlər, əməkdaşların əlaqə məlumatları, iclas otaqlarının rezervasiyası, tibbi reyestrlərə və tibbi məlumatların analitik modullarına çıxış və dövlət qulluqçusunun gündəlik fəaliyyəti ilə bağlı digər vacib məlumatlar mövcuddur”.

 

Tədbir çərçivəsində, həmçinin İntranetə inteqrasiya olunmuş "Vətəndaşların sağlamlıq vəziyyətinin və səhiyyənin analizi və monitorinqi” sisteminin təqdimatı olub.

 

Sistem səhiyyənin 17 sektoru üzrə statistik və real vaxtda əldə edilən məlumatlar əsasında ətraflı analitik məlumatları əldə etməyə imkan verir: “Bu məlumatlar vətəndaşların cari sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsində, səhiyyə sahəsindəki trendlərin aşkarlanmasında və sektorun strateji planlaşdırılmasında mühüm rol oynayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır