Kəskin respirator virus infeksiyaları və onun əlamətləri
02.06.2025 12:19
 
Kəskin respirator virus infeksiyaları (KRVİ) – kəskin yoluxucu virus xəstəliklərini özündə birləşdirir. KRVİ infeksion toksikozun ümumi əlamətləri və əsasən tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. KRVİ əsasən uşaqlarda müşahidə olunur.
 
Bu barədə Aztibb.az-a Xocavənd Rayon Mərkəzi Xəstəxanasının pediatrı Zeynəb Rüstəmova məlumat verib.
 
Həkim bildirib ki, ilk 3 ayında olan uşaqlar anadan aldıqları passiv immunitetin nəticəsində nadir hallarda xəstələnirlər. Hərarətin yüksəlməsi, əzginlik, halsızlıq, əzələ və oynaq ağrıları, başgicəllənmə, iştahsızlıq, yuxu pozğunluğu, ürək bulanma, qusma, kataral boğaz ağrısı, burun tutqunluğu, burun qanaxması kimi simptomlar kəskin respirator virus infeksiyalarının əsas əlamətləridir. Eyni zamanda, yumşaq damaqda kiçik papulyoz enantema, qansızmalar, damaq badamcıqlarında ödəm ola bilər.
 
Onun sözlərinə görə, intoksikasiya, petexial səpgilər, tərləmə, qarında ağrı və ishalkimi siptomlar da KRVİ-nin əlamətlərinə aiddir. Xəstəliyin müalicəsi ağırlıq dərəcəsindən asılıdır. Profilaktika məqsədilə xəstələnən şəxslərlə təmas mümkün qədər məhdudlaşdırılır.
 
"Tərkibində vitamin və minerallarla zəngin qidalardan olduqca çox istifadə etmək önəmlidir. Otağın havası tez-tez dəyişdirilməlidir. Əllər antibakterial sabunla tez-tez yuyulmalıdır. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün asqırma və öskürmə zamanı burun və ağız boşluğu birdəfəlik dəsmalla qapanmalıdır.
 
Normal yuxu saatı təxmini 8-10 saat olmalıdır. Günün çox hissəsini təmiz havada olmaq vacibdir. Vaxtaşırı aktiv dincəlmək lazımdır. Zeynəb Rüstəmova son olaraq qeyd edir ki, hər bir şəxs sağlamlığının qeydinə qalmalı və vaxtında həkimə müraciət etməlidir.Əks halda ciddi prolemlərlə qarşılaşmaq qaçılmazdır", - deyə Zeynəb Rüstəmova əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır