ATU-nun əməkdaşı Türkiyədə keçirilən konqresdə çıxış edib  
02.06.2025 11:39

Türkiyənin Antalya şəhərində keçirilən “Obezite haftası” adlı beynəlxalq konqres keçirilib. Konqresdə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Taryel Ömərov iştirak edib. 

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Tədbirdə moderator və spiker qismində iştirak edən azərbaycanlı mütəxəssis ölkəmizdə bariatrik-metabolik cərrahiyyənin uğurları haqqında məlumat verib. Cərrah T.Ömərov həmçinin təkrar mədə kiçiltmə əməliyyatlarından bəhs edib. O, çıxışında Azərbaycan, Türkiyə və Türkdilli xalqaların  bariatrik cəmiyyətləri arasında dostluq əlaqələrinin əhəmiyyətindən də söz açıb: “TOSS, TOCV, IFSO, TCD, MBCD və piylənmə cərrahiyyəsi ilə əlaqəli olan bütün dərnəklərin iştirakı ilə baş tutan bu konqresdə elmi təşkilatı komitə üzvü olaraq yer aldıq. 2 panel idarəçi, 1 açılış çıxışı, 1 elmi çıxış və yeni faydalı görüşlərlə tədbiri başa vurduq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır