Naxçıvanda aksiya çərçivəsində 300-dən çox uşaq tibbi müayinədən keçib  
02.06.2025 10:32

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Sağlam Uşaqlar, Sağlam Gələcək” adlı tibbi müayinə aksiyası həyata keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, tədbirin əsas məqsədi uşaqların sağlamlıq vəziyyətinin yoxlanılması, erkən diaqnostika və zəruri hallarda müalicə tədbirlərinin vaxtında həyata keçirilməsidir.

 

Aksiya çərçivəsində Bakı şəhərindən dəvət olunmuş müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislər – pediatrlar, pediatr-kardioloq, allerqoloq, pediatr-endokrinoloq, uşaq cərrahı, uroloq və digər sahələrin nümayəndələri uşaqları müayinə ediblər. Ümumilikdə 300-dən çox uşaq əhatəli tibbi müayinədən keçib.

 

Aksiyada valideynlərlə maarifləndirici söhbətlər də aparılıb, onlara uşaqların sağlam inkişafı, düzgün qidalanma, fiziki aktivlik və profilaktik tədbirlərin əhəmiyyəti barədə geniş məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır