Alimlər bioloji parçalanabilən plastik material hazırlayıblar  
08.06.2025 10:16

İsveçrənin Empa Tətbiqi Elmlər və Materiallar Tədqiqat İnstitutunun alimləri plastik materiallara innovativ və davamlı alternativ təqdim ediblər. Alimlər tərəfindən hazırlanmış yeni biomaterial həm elastik, həm bioloji parçalanabilən, həm də tamamilə toksik olmayan, hətta yeməli bir strukturdur. Ən maraqlı cəhəti isə odur ki, bu material hələ də canlıdır.

 

Aztibb.az www.sciencealert.com-a istinadla xəbər verir ki, yeni materialda “Schizophyllum commune” adlı göbələk növünün miselyumlarından, yəni kökəbənzər hissələrindən əldə edilib. Ənənəvi bioloji parçalanan materiallardan fərqli olaraq bu liflər onların təbii bioloji funksiyalarına zərər vermədən emal olunub. Alimlər tərəfindən “canlı lif dispersiyası” və ya LFD adlandırılan bu geləbənzər material müxtəlif formalar alma qabiliyyətinə malik olmaqla yanaşı, göbələyin hüceyrədənkənar matriksindən də tam şəkildə istifadə edir. Bu, digər bioloji materialların əksəriyyətinin istifadə edə bilmədiyi kompleks və funksional xüsusiyyətdir.

 

Tədqiqat qrupu “şizofillan” və “hidrofobin” adlı iki əsas molekulun istehsalını artırmaq üçün göbələyin spesifik bir ştamını yetişdirib. Bu molekullar materialın möhkəmliyini və elastikliyini təmin edən əsas komponentlərdir. LFD-nin mümkün tətbiq sahələrinə yüksək dartılma gücünə malik nazik filmlər, bioparçalanan kompost torbaları, həmçinin ultranazik, parçalana bilən batareyalar daxildir. Bundan əlavə, material emulqator kimi də effektiv fəaliyyət göstərir. Bu xüsusiyyət onu qida və kosmetika sənayesində, xüsusən də dondurma, losyon və şampun kimi məhsullarda istifadəyə yararlı edir. LFD-nin təkrar istifadə olunan əsas üstünlüklərindən biri canlı olması səbəbilə zaman keçdikcə öz funksional molekullarını buraxmağa davam etməsidir.

 

Yeməli göbələkdən əldə olunduğu üçün LFD toksik deyil və qida əlavəsi kimi istifadəyə yararlıdır. Bu da onu təhlükəsiz kosmetik və qida məhsullarında istifadə üçün ideal edir. Tədqiqatçılar bu yanaşmanın daha spesifik funksiyalara malik yeni biomaterialların hazırlanması üçün də geniş imkanlar yaratdığını vurğulayırlar. 

 

Bu yenilikçi tədqiqat “Advanced Materials” jurnalında dərc olunub və biomateriallar üzrə gələcək araşdırmalar üçün mühüm istiqamət göstəricisi hesab olunur.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir