Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub
02.06.2025 09:33

Pensilvaniya Universitetinin amerikalı alimləri xərçəngə qarşı yeni immunoterapiya yaradıblar, CAR-T eyni anda iki şiş zülalına: EGFR və IL13Rα2-yə hücum edib.

 

Aztibb.az xəbər verir ki, tədqiqat "Nature Medicine" (NatMed) elmi jurnalında dərc olunub.

 

Standart üsullardan fərqli olaraq hüceyrələr birbaşa onurğa beyni mayesinə yeridilir ki, bu da müalicənin effektivliyini artırır. Sınaqlarda sağ qalma müddəti adətən 6-10 aydan çox olmayan təkrarlanan qlioblastoma (beyin şişi) olan 18 xəstə iştirak edib.

 

Testlər göstərib ki, xəstələrin 62%-nin şişləri ölçüsündə kiçilib və yeddi iştirakçıdan üçü (43%) bir ildən çox sağ qalıb. Bir xəstənin vəziyyəti isə artıq 16 aydır stabildir.

 

Alimlər, həmçinin müəyyən ediblər ki, dəyişdirilmiş hüceyrələr tətbiq edildikdən sonra bir ilə qədər bədəndə aktiv qalıb, şişlə mübarizəni davam etdirib. Xəstələrin 56%-i idarə oluna bilən nevroloji əks təsirlər yaşansa da, terapiya təhlükəsiz sayılıb.

 

Tədqiqatın növbəti mərhələlərinə çoxlu hüceyrə administrasiyasının sınaqdan keçirilməsi, ilkin diaqnozu olan xəstələrdə metodun tətbiqi və texnologiyanın daha da optimallaşdırılması daxildir.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır