Autizm Parkinson xəstəliyi riskini artıra bilər
01.06.2025 20:47

 

Autizmli insanlarda Parkinson xəstəliyinə yüksək tutulma riski ola bilər. Belə bir qənaətə İsveçdəki Karolina İnstitutunun və Nyu-Yorkdakı Maunt-Sinay hospitalının alimləri genişmiqyaslı araşdırmanın nəticələrinə görə gəliblər.

 

Aztibb.az xəbər verir ki, tədqiqatçılar 1974-1999-cu illərdə İsveçdə anadan olmuş iki milyondan çox insanın məlumatlarını təhlil ediblər. Onlar 20 yaşından 2022-ci ilə qədər müşahidə olunub. Alimlər müxtəlif milli reyestrlərin məlumatlarından faydalanaraq autizm spektrinin pozulması ilə Parkinson xəstəliyi arasında mümkün əlaqəni tədqiq ediblər.

 

Parkinson xəstəliyi hərəkətetmə fəaliyyətinin tənzimlənməsində əsas rol oynayan neyromediator olan dofamin istehsal edən sinir hüceyrələrinin məhv edilməsi ilə əlaqələndirilir. Bundan əvvəl dofaminin autizmlə əlaqəli mexanizmlərdə də iştirak edə biləcəyi ehtimal olunub.

 

İrsiyyət, depressiya və antipsikotik preparatların qəbulu kimi risk amillərini nəzərə aldıqdan sonra belə araşdırma göstərib ki, autizm diaqnozu qoyulmuş insanların Parkinson xəstəliyinə tutulma riski belə diaqnozu olmayanlara nisbətən təxminən iki dəfə yüksəkdir.

 

Tədqiqatçıların fikrincə, “JAMA Neurology” jurnalında dərc olunan nəticələr o demək deyil ki, autizmli bütün insanlar Parkinson xəstəliyinə görə yoxlanılmalıdır. Əksinə, məlumatlar hər iki vəziyyətin əsasında olan mümkün ümumi bioloji mexanizmlərə işarə edir.

 

Tədqiqat iştirakçıları 50 yaşına çatanadək müşahidə olunub, buna görə də nəticələr yalnız erkən mərhələdə Parkinson xəstəliyi hallarına aiddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır