Sürətli gəzintilər yoğun bağırsaq xərçəngi xəstələrində ölüm riskini azalda bilər
06.06.2025 09:44

 

Sürətli gəzintilər və fərdi şəkildə tərtib olunmuş fiziki aktivlik proqramı yoğun bağırsaq (kolon) xərçəngindən əziyyət çəkən insanların ölüm riskini 30 faizdən çox azalda bilər.

 

Aztibb.az “Independent”ə istinadla xəbər verir ki, bu nəticə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) konfransında təqdim olunan beynəlxalq araşdırmada açıqlanıb. Altı ölkədə, o cümlədən Böyük Britaniyada 889 xərçəng xəstəsi arasında aparılan beşillik müşahidə göstərib ki, strukturlaşdırılmış idman proqramı xəstəliyin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azaldır və sağ qalma göstəricilərini artırır.

 

Məlum olub ki, fərdi idman proqramı tətbiq olunan xəstələrin 80 faizi beş ildən sonra tam sağ qalıb, halbuki sadəcə sağlam həyat tərzi ilə bağlı məlumatlar təqdim olunan qrupda bu rəqəm 74 faiz olub.

 

Alimlər bu nəticələrin xərçəng müalicəsində fiziki aktivliyin standart tibbi yardıma inteqrasiyasına təkan verəcəyinə ümid edirlər. Onların fikrincə, bu yanaşma dünya üzrə yoğun bağırsaq xərçəngi ilə mübarizədə yeni səhifə aça bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır