31 May - Ümumdünya Tütünsüz Günüdür
31.05.2025 08:22

Hər il 31 may tarixində dünya ictimaiyyəti Ümumdünya Tütünsüz Gününü qeyd edir.

 

Aztibb.az xəbər verir ki, bu təşəbbüs 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülüb və məqsədi – tütün istifadəsinin yaratdığı təhlükələrə diqqət çəkmək, sağlam həyat tərzini təşviq etməkdir.

 

Statistikaya nəzər salsaq, mənzərə olduqca narahatedicidir: hər il tütün istifadəsi ilə bağlı 6 milyondan çox insan həyatını itirir. Bu rəqəmə təxminən 600 min passiv siqaret çəkənlər – yəni tütün tüstüsünə istəmədən məruz qalan insanlar da daxildir.
Tütün – yalnız bir vərdiş deyil, səssiz qatildir. Siqaret ağciyərləri sıradan çıxarır, xərçəng, xroniki bronxit, ürək-damar və bir çox digər ölümcül xəstəliklərin yaranmasına zəmin yaradır. Hamiləlik dövründə tütünə məruz qalan körpələrdə isə ciddi inkişaf gerilikləri müşahidə olunur.

 

Aktiv siqaret çəkənlərlə yanaşı, passiv şəkildə siqaret tüstüsünə məruz qalan insanlar da – xüsusilə uşaqlar və yaşlılar – bu təhlükəli təsirlərlə qarşı-qarşıya qalırlar. Təsəvvür edin: tütün tüstüsündə 7000-dən çox kimyəvi maddə, onlardan 69-u isə xərçəng törədən maddələrdir! Üstəlik, siqaret çəkmək 30-dan çox xəstəliyin yaranmasına və ağırlaşmasına səbəb olur. Siqaret çəkən insanların ömrü orta hesabla 14 il daha qısadır. Onkoloji xəstəliklərə tutulma riski 17 dəfə, infarkt və insult keçirmə ehtimalı isə 2-4 dəfə daha çoxdur.

 

Bu gün – 31 may – bizə bir daha xatırladır. Gəlin tütünə yox deyək, təkcə özümüzü deyil, yaxınlarımızı da bu təhlükədən qoruyaq.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir