Mərkəzi Gömrük Hospitalında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maarifləndirici aksiya təşkil olunub
31.05.2025 11:47

 

Mərkəzi Gömrük Hospitalında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca pasiyentlər üçün maarifləndirici aksiya təşkil olunub.

 

Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, aksiya çərçivəsində hospitalın rəisi-baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, pediatrlar və müxtəlif ixtisaslı həkimlər stasionar və ambulator müalicə alan uşaqlarla görüşüb, onların sağlamlığı ilə bağlı faydalı tibbi tövsiyə verib və hədiyyələr təqdim ediblər.

 

Həmçinin tədbir zamanı uşaqların mütəmadi tibbi müayinələrdən keçmələrinin vacibliyi bir daha önə çəkilib. Bildirilib ki, xəstəliklərin erkən diaqnostikası uşaqların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi ilə yanaşı, müxtəlif xəstəlik və patologiyaların aşkarlanaraq qarşısının alınmasında mühüm rol oynayır.

 

Aksiyanın əsas məqsədi valideynlərin və uşaqların diqqətini sağlamlıq mövzusuna yönəltmək, profilaktik tədbirlərin əhəmiyyətini vurğulamaq və uşaqlar arasında sağlam həyat tərzinin təbliğinə dəstək olmaqdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır