Naxçıvanda elmi-praktik konfrans: “Müasir pediatriyanın işığında”
31.05.2025 13:33

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Müasir pediatriyanın işığında” adlı elmi-praktik konfrans keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra muzeylə tanışlıq olub.

 

Konfransda Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

 

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov konfransın əhəmiyyətindən bəhs edib. Sonra Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev tədbir iştirakçılarını salamlayaraq ölkədə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən işlər və qarşıya qoyulan hədəflər barədə məlumat verib.

 

Konfransın elmi hissəsində ölkənin müxtəlif bölgələrindən dəvət olunmuş pediatr və tibb mütəxəssisləri tərəfindən müasir pediatriyanın aktual mövzuları üzrə məruzələr təqdim olunub, yeni tibbi yanaşmalar və metodlarla bağlı geniş müzakirələr aparılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır