Randox Beynəlxalq Keyfiyyətin Qiymətləndirilməsi Sistemi çərçivəsində maarifləndirici seminar keçirilib
31.05.2025 11:24
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə, “İmago Medical Systems” şirkətinin dəstəyi ilə Randox Beynəlxalq Keyfiyyətin Qiymətləndirilməsi Sistemi (RIQAS) proqramı çərçivəsində beynəlxalq təcrübəyə əsaslanan maarifləndirici seminar keçirilib.
Bu barədə Aztibb.az-a Hospitaldan məlumat verilib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d. Səbinə İbrahimova, Randox şirkətinin Marketinq direktoru Susan Hammond, Biznesin İnkişafı Departamentinin meneceri Ornella Kim, Təlimlər üzrə mütəxəssis Sahil Trikha, laboratoriya mütəxəssisləri və rəsmi qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim, t.e.d. Bəxtiyar Musayev tədbir iştirakçılarını səmimi salamlayaraq, laboratoriya xidmətlərinin müasir səhiyyə sistemində strateji əhəmiyyət daşıdığını, eləcə də pasiyentin sağlamlıq durumunun dəqiq və vaxtında qiymətləndirilməsi, düzgün diaqnostik qərarların qəbul olunması və effektiv müalicənin strategiyalarının müəyyənləşdirilməsinin bilavasitə laborator müayinələrin keyfiyyəti ilə sıx bağlı olmasını bildirib.
Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, laboratoriya sahəsində yüksək texnoloji avadanlıqların, beynəlxalq standartlara əsaslanan keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi tibbi xidmətlərin ümumi keyfiyyətinə birbaşa təsir göstərir və maarifləndirici tədbirlər səhiyyə sistemində davamlı inkişafın təmin olunması, mütəxəssis heyətinin bilik və bacarıqlarının artırılması və pasiyentlərə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Randox şirkətinin Marketinq direktoru Susan Hammond və Təlimlər üzrə mütəxəssis Sahil Trikha təqdimatla çıxış edərək, proqramın məqsədləri, beynəlxalq təcrübələr və laboratoriya xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində istifadə olunan innovativ metodlar barədə geniş məlumat veriblər. Onlar həmçinin RIQAS sisteminin əhəmiyyətini və bu sahədə əməkdaşlığın inkişaf perspektivlərini vurğulayıblar.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mütəxəssislər arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

