Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyil Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib
30.05.2025 18:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

 

Aztibb.az-a Agentlikdən verilən məlumata görə, media nümayəndələrinə bildirilib ki, ötən ilin may ayında istifadəyə verilən, müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş 25 çarpayılıq Mərkəzdə  əlilliyi olan uşaqların tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir.  

 

Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək, musiqi terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

 

Ötən dövrdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 4 minə qədəri ambulator, digərləri stasionar, həmçinin icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb edilib.

 

Media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.

 

Qeyd edək ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı şəhərində 1 və 2 saylı, habelə Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır