Respublika Qan Bankının nümayəndə heyəti Türkiyədə səfərdə olub
30.05.2025 11:25

Səhiyyə Nazirliyi Respublika Qan Bankının 10 nəfərlik nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olub.

 

Aztibb.az-a Nazirlikdən verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Kızılay rəhbərliyi ilə görüşlər keçirib.

 

Ankara Kızılayın rəhbəri professor Fatma Meriç Yılmazın başçılığı ilə təşkil olunan görüşdə tərəflər arasında gələcək əməkdaşlıq imkanları və birgə reallaşdırıla biləcək təşəbbüslər müzakirə edilib.

 

Üç gün davam edən səfər müddətində nümayəndə heyəti Kızılayın fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, qan xidməti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təqdimat və müzakirələrdə iştirak edib.

 

Görüş proqramı hər iki tərəfin səfərin yekunlarına dair ümumi qiymətləndirməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi ilə başa çatıb. Eyni zamanda, “Türkiyə Qan Xidməti Şəbəkəsi” çərçivəsində qarşılıqlı iş birliklərinin qurulması imkanları da nəzərdən keçirilib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir