Qocalma əleyhinə kokteyl siçanların ömrünü 35% uzadıb - Tədqiqat
30.05.2025 10:14

Siçanlar üzərində sınaqdan keçirilmiş qocalma əleyhinə kokteyl ən azı 30 faiz təsir göstərib. Bu əlavə vaxtın 30 faizi sınaqdan keçirilmiş siçanlarda xəstəlik və ya zəiflikdə deyil, daha sağlam qocalıqda sərf edilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, siçanlar üzərində sınaqdan keçirilən tədqiqat Almaniyanın Maks Plank Yaşlanma Biologiyası İnstitutunda aparılıb.

 

Dərmanlardan biri olan rapamisin orqan nəqllərində rədd edilmənin qarşısını almaq üçün istifadə edilir və onun daha əvvəl müxtəlif heyvan təcrübələrində ömrü uzatdığı göstərilib. 

Trametinib isə bəzi xərçəng növlərində istifadə edilən başqa bir dərmandır və meyvə milçəklərinin ömrünü uzatdığı bilinir.

 

Tədqiqatçılar bu dərmanları siçanlara həm fərdi, həm də birlikdə verərək onların təsirlərini müqayisə ediblər.

 

Kokteyl verilən siçanlar nəinki daha uzun yaşayıb, qaraciyərdə və dalaqda şiş əmələ gəlməsi ləngiyib, beyində, böyrəklərdə və əzələlərdə iltihab azalıb, ürəyin işində pisləşmə daha yavaş gedib. 

 

Dişi siçanların orta ömrü 34,9 faiz, erkək siçanların isə 27,4 faiz artıb. 

 

Hər iki dərman bədəndəki qocalma prosesinə təsir edən Ras/Insulin/TOR siqnal yoluna toxunub. Ancaq bu dərmanlar fərqli nöqtələri hədəf aldığından, birlikdə istifadə edildikdə daha güclü təsir göstərib. Bundan əlavə, heç bir əlavə yan təsir müşahidə edilməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır