V.O.I.S. klubu gələcək həkimlər üçün EKQ mövzusunda seminar təşkil edib  
29.05.2025 16:40

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən V.O.I.S. (Xarici tələbələrin səsi) klubu gələcək həkimlər üçün EKQ üzrə maraqlı seminar təşkil edib/

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasının kardioloqu, Azərbaycan Kardiologiya Cəmiyyətinin vitse-prezidenti, t.e.d. Yasmin Rüstəmova tədbirdə çıxış edərək, hər bir cəmiyyətin inkişafı üçün sağlam əhalinin vacibliyini və bu sağlamlığın qorunmasında tibb işçilərinin rolunun əvəzsiz olduğunu qeyd edib.

 

Kardioloq Y.Rüstəmova elektrokardioqrafiya (EKQ) mövzusunda məruzəsində, onun yaranma tarixi və iş prinsipi haqqında ətraflı məlumat verib.

 

Tədbirin davamında, tələbələr arasında Kahoot oyunu keçirilib. Oyunun nəticələrinə əsasən, I yerə Banah Alras, II yerə Saud Alabrahim, III yerə isə Samreen layiq görülüblər.

 

Qeyd edək ki, V.O.I.S. klubu mütəmadi olaraq universitetin xarici tələbələri üçün müxtəlif mövzularda, təhsil, idman və mədəni tədbirlər təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır