İlk yardımın göstərilməsi üzrə təlimlər keçirilib  
30.05.2025 08:34
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) tibb işçiləri üçün təlimlər təşkil edilib.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin tibb heyəti üçün keçirilən təlimlər ilk yardımın göstərilməsi üzrə nəzəri və praktiki bilikləri artırmaq, fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardımın göstərilməsinin daha səmərəli və faydalı olmasını təmin etmək məqsədilə təşkil olunub. Təhsil Nazirliyi və Bakı Baş Səhiyyə İdarəsi ilə əməkdaşlıqla keçirilən təlimlərdə Bakı şəhəri üzrə 66 məktəbdən 115 tibb işçisi iştirak edib.
 
Təlimlər “Qabaqcıl həyata dəstək bacarıqları kursu”nu (ALSS) uğurla bitirmiş ekspert Şamil Kalyayev və İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tərəfindən keçirilib. İştirakçılara ürək-ağciyər reanimasiyası, yaralar, qanaxma, yanıqlar, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır