Qusar Rayon Mərkəzi Xəstəxanasında Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
29.05.2025 07:13

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qusar Rayon Mərkəzi Xəstəxanasında 28 May - Müstəqillik Günü münasibətilə "Tariximizdən güc alan Müstəqillik" adlı tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Bildirilib ki, tədbirdə Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Qusar RİH-nin Siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, Qusar 1 saylı mediasiya təşkilatının rəhbəri Radik Kazımov, Qusar rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fatimə Zülfiqarova, eləcə də Mərkəzi Xəstəxananın rəhbərliyi və kollektivi iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Kamil Hacıyev tədbiri giriş sözü ilə açaraq Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Gününün xalqımız üçün müqəddəs gün olmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının qürur günü olduğunu bildirib.

 

YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, Qusar rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fatimə Zülfiqarova öz çıxışlarında 28 May 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini tədbir iştirakçılarına bir daha xatırladaraq, Azərbaycanın bugünkü inkişafı və əldə etdiyi uğurlar məhz müstəqil dövlətçilik ideyasına bağlılıq nəticəsində mümkün olduğunu qeyd edib.

 

Tədbirin sonunda Müstəqillik Gününə həsr olunmuş film nümayiş olunub. Film vasitəsilə tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, süqutu və müstəqilliyimizin bərpası dövründə baş verən tarixi hadisələr haqqında ətraflı məlumat əldə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır