Özbəkistanlı həkimlər üçün Bakı Sağlamlıq Mərkəzində proktologiyada lazer cərrahiyyəsi üzrə təlim keçirilib
27.05.2025 13:22

Bakı Sağlamlıq Mərkəzində proktologiyada lazer cərrahiyyəsi üzrə təcrübə mübadiləsi məqsədilə Özbəkistandan gəlmiş həkim-cərrahlar üçün praktiki təlim keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, təlim ümumi cərrah, t.ü.f.d. Aynur Hüseynzadə tərəfindən aparılıb. O, Özbəkistanın müxtəlif şəhərlərindən gəlmiş cərrahlarla proktoloji lazer əməliyyatları sahəsindəki zəngin təcrübəsini bölüşüb.

 

2017-ci ildən etibarən ölkəmizdə lazer proktoloji əməliyyatlarını uğurla icra edən Aynur Hüseynzadə, həmçinin ağırlaşmış babasil xəstəliyində lazer hemorroidoplastika əməliyyatını canlı olaraq nümayiş etdirib.

 

Təlim iştirakçıları tədbirin faydalı olduğunu vurğulayaraq, əldə etdikləri bilikləri gələcək fəaliyyətlərində tətbiq edəcəklərini bildiriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır