Azyaşlı pasiyentə böyrək biopsiyası icra edilib
27.05.2025 12:45

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Yeni Klinikada 1 yaş 10 aylıq uşağa uğurla böyrək biopsiyası icra edilib.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan məlumat verilib.

 

Bildirilib ki, periferik ödem, göz qapaqlarında şişkinlik, tənəffüs çatışmazlığı və sidik çıxışının azalması şikayətləri ilə Yeni Klinikanın Uşaq reanimasiya və intensiv terapiya (PİCU) şöbəsinə qəbul edilən azyaşlı pasiyentə dərhal reanimasiya komandası tərəfindən təcili tibbi müdaxilə göstərilib.

 

Müvafiq müayinələr nəticəsində pasiyentin qarın boşluğunda assit, eləcə də plevral və perikardial mayelər aşkarlanıb.

 

Uşaq reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Nərmin Qiyasbəyli, həkim-reanimatoloqlar Göyçək Məmmədli və Nərmin Əkbərli tərəfindən körpənin həyati göstəriciləri stabilləşdirildikdən sonra müalicə prosesi Uşaq xəstəlikləri və sağlamlığı şöbəsində davam etdirilib.

 

Davam edən müayinə və müalicələrdən sonra “nefrotik sindrom”lu körpəyə böyrək biopsiyasının icrasına qərar verilib.

Biopsiya proseduru Uşaq xəstəlikləri və sağlamlığı şöbəsinin müdiri, həkim-pediatr Nigar Bayramova və həkim-nefroloq Nərmin Ömərli tərəfindən uğurla həyata keçirilib.

 

Hazırda körpənin vəziyyəti stabildir və həkim nəzarəti altında müalicəsi davam etdirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır