Kürdəxanı Sağlamlıq Mərkəzində tədbir: "Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və onun gələcək nəsillərə ötürülməsi"
27.05.2025 14:05
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan Kürdəxanı Sağlamlıq Mərkəzində "Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və onun gələcək nəsillərə ötürülməsi" mövzusunda tədbir keçirilib.
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin şəxsi heyətinin iştirak etdiyi tədbirdə Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Ceyran Əhmədova çıxış edərək böyük tarixi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti barəsində ətraflı məlumat verərək, bildirib ki, Ulu Öndər Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmışdır:
“Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Vətəninə və xalqına, milli dəyərlərə və ənənələrə sıx bağlı olan dahi şəxsiyyət dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşmış və milli mənafeləri hər şeydən üstün tutmuşdur. Ölkəmizdə səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Bu məqsədlə Milli Məclis “Əczaçılıq fəaliyyəti haqqında”, “Özəl tibbi fəaliyyət haqqında”, “Tibbi sığorta haqqında” və bir sıra digər qanunlar hazırlayıb və təsdiq edib. Heydər Əliyev Azərbaycanın səhiyyəsində savadlı həkimlərin yetişməsi üçün əlindən gələni əsirgəməyib. Onun üçün ən vacib sahə insanların sağlamlığı, səhiyyə və tibb elminin inkişafı, bu sahənin peşəkar, savadlı kadrlarla təmin edilməsi olub. O dövrdə Onkoloji, Kardioloji, Ürək Cərrahiyyəsi, Oftalmoloji Mərkəzlərin yaradılması və inkişaf etdirilməsində, maddi-texniki bazasının möhkəmləndirilməsində ulu öndərin rolu danılmazdır”.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əhalinin sağlamlığının qorunması üzrə müəyyənləşdirdiyi kursun müasir dövrümüzdə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi, məhz onun təşəbbüsü ilə ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və eləcə də TƏBİB-in yaradılması ilə yeni tibbi- siyasi xəttin formalaşması nəticəsində əldə olunan nailiyyətlərdən də danışılıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

