Dövlət Gömrük Komitəsinin Tibbi Xidmətinin nümayəndələri “Hərbi Təbabətin aktual problemləri - 2025” konfransında iştirak ediblər
27.05.2025 12:50
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri -2025” adlı elmi-praktik konfrans keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general mayoru Ceyhun Məmmədov, rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d., ümumi cərrah Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov iştirak ediblər.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Bildirilib ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfransın Hərbi tibb sahəsində innovativ yanaşmalar sessiyasında “Hərbi qulluqçuların etilenqlikolla zəhərlənməsi hadisəsi” mövzusunda və Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov Hərbi Tibbi Profilaktika və Tibbi Xidmətlərin təşkili və taktikası sessiyasında “Dövlət sərhədinin sanitar mühafizəsində müasir tendensiyalar” mövzusunda təqdimatla çıxış ediblər.
 
Konfransda hərbi tibb sahəsində aktual problemlər, innovativ yanaşmalar, tibbi xidmətlərin təşkili və taktiki aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar arasında təcrübə paylaşımı həyata keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır