Pirəkəşkül Ailə Sağlamlıq Mərkəzində aksiya: 270 nəfərə tibbi xidmət göstərilib
27.05.2025 10:42

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Pirəkəşkül Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib.

 

Abşeron RMX-dan Aztibb.az-a verilən məlumata görə, sakinlərin tibbi xidmətlərini əlçatanlığını təmin etmək üçün xəstəxananın ixtisaslı mütəxəssisləri (kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, terapevt, ginekoloq) cəlb edilib.

 

Ultrasəs (USM), elektorkardioqramm (EKQ), laboratoriya və s. kimi xidmətlər olmaqla ümumilikdə 270 nəfərə 557 xidmət göstərilib.

 

Aksiyada qəsəbə sakinləri ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar.

 

Həmçinin keçirilən aksiyanın yüksək şəkildə təşkil olunması və xidmət keyfiyyətinə nəzarət etmək üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova, İlkin səhiyyə xidməti üzrə direktor müavini Kazım Məmmədov, İlkin səhiyyə xidməti şöbəsinin müdiri Faris Musayev iştirak edib.

 

Xatırladaq ki, layihənin məqsədi rayonun müxtəlif ərazilərində yaşayan vətəndaşlara yerində, daha əlçatan və keyfiyyətli xidmətin göstərilməsidir. Səyyar təşkil olunan bu aksiyaların mütəmadi olaraq icrası planlaşdırılır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır