Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında uğurlu cərrahi müdaxilə
27.05.2025 10:03

Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında 1 yaş 4 aylıq körpə üzərində bağırsaq stomasının ləğvi, yapışıqlıqların aradan qaldırılması və bağırsaq plastikası cərrahi əməliyyatı uğurla icra olunub.

 

STM-dən Aztibb.az-a verilən məlumata görə, müdaxilə uzman uşaq cərrahı Araz Hüseynov tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.

 

Körpənin anası Nəzrin Rəhimova övladının sağlamlığına qovuşması və əməliyyatın uğurla başa çatması üçün göstərilən diqqət və qayğıya görə Araz Hüseynova və bütün tibbi komandaya dərin təşəkkürünü ifadə edib.

 

Qeyd edək ki, körpədə kistik fibrozis xəstəliyinin mövcudluğu əməliyyatın nəticəsini risk altına ala bilərdi. Bununla belə, həkimlərin peşəkar yanaşması və düzgün müalicə taktikası sayəsində əməliyyat uğurla tamamlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub