Şabran RMX-da gənc qadının həyatı xilas edilib
27.05.2025 09:00

Şabran Rayon Mərkəzi Xəstəxanasında gənc qadının həyatı xilas edilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, 1995-ci il təvəllüdlü qadın həyati təhlükə yaradan vəziyyətdə — uşaqlıqdan kənar boru hamiləliyi (ektopik) və daxili qanaxma diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Gərgin keçən anlarda tibb heyətinin operativ müdaxiləsi nəticəsində xəstəyə uğurlu əməliyyat icra olunub, qan və qan əvəzedicilər köçürülüb, xəstənin həyatı xilas edilib.

 

Əməliyyat mama-ginekoloq Ayelita Dadaşova tərəfindən icra olunub. Xəstə qəbul edilərkən vəziyyəti kritik qiymətləndirilib və təcili təxirəsalınmaz olaraq müvafiq əməliyyataqədərki hazırlıqdan sonra xəstə əməliyyata alınıb. Bu zaman qadında sağ borunun ektopik hamiləliklə əlaqədar cırılması və daxili qanaxma aşkar edilib. Həkim Ayelita Dadaşovanın peşəkar cərrahi müdaxiləsi nəticəsində xəstənin həyatı xilas edilib.

 

Xəstənin vəziyyəti yaxşı olaraq qiymətləndirilib və ambulator müalicəyə göndərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır