Gəncə Şəhər Birləşmiş Xəstəxanasında Paul qlaukoma implantasiya əməliyyatlarının icrasına başlanılıb
26.05.2025 21:51

TƏBİB tərəfindən tibb müəssisələrində göz xəstəliklərinin müayinə və müalicəsinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.

 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsində ilk dəfə Paul qlaukoma implantasiya əməliyyatı icra olunub.

 

Bu barədə Aztibb.az-a Gəncə ŞBX-dan məlumat verilib.

 

Tibb üzrə fəlsəfə doktoru, oftalmoloq-cərrah Tələt Nəbiyev və onun komandası tərəfindən baş tutan əməliyyat tibb müəssisəsinə qlaukoma diaqnozu ilə müraciət edən 1960-cı il təvəllüdlü pasiyent üzərində həyata keçirilib. Əməliyyat nəticəsində pasiyentin gözdaxili təzyiqi normallaşıb və həyat keyfiyyəti yüksəlib.

 

Qeyd edək ki, şöbə müasir tibbi avadanlıqlarla, zəruri preparat və dərman vasitələri ilə təchiz olunub. Bölmədə katarakta, sinustrabekuloektomiya, DSR, xalazion, pteriqium, göz qapağının plastik əməliyyatları, qapağın ektropion, entropion əməliyyatları, göz travmaları əməliyyatları baş tutur. Eyni zamanda burada həkim-oftalmoloqlar tərəfindən Avastin inyeksiyası da icra olunur.

 

Məlumat üçün bildirək ki, TƏBİB-in bütün tabeli tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsiz qarşılanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır