Gecələr ac yatanların diqqətinə!
01.06.2025 08:10

Arıqlamaq arzusunda olanların çoxu adətən gecələr ac yatmağa üstünlük verirlər. Lakin gecə aclığı bir sıra sağlamlıq problemlərinə - yuxu pozğunluğundan tutmuş maddələr mübadiləsinin zəifləməsinə qədər gətirib çıxara bilər.

 

Aztibb.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yatmazdan əvvəl aclıq hissi gün ərzində çox yorulduğunuzu və bədəninizin bərpa üçün lazım olan qida maddələrini kifayət qədər almadığını göstərir. Onların fikrincə, aclığı görməzlikdən gəlib yatmaq düzgün deyil. Çünki yuxu zamanı orqanizm özünü bərpa üçün kifayət qədər zülal, yağ, karbohidrat, vitamin və mineral maddələrə ehtiyac duyur. Bu səbəbdən yatmazdan öncə aclıq hissi çox güclü olduqda zülal, yağ, karbohidratlarla zəngin qidalar yeyilməlidir.

 

Əgər aclıq hissi çox deyilsə, kalorisi az olan qidalar kifayət edə bilər. Bədən enerji çatışmazlığı hiss etdikdə kortizol (stres hormonu) səviyyəsini artırır ki, bu da yuxunun keyfiyyətini pisləşdirir. Üstəlik, əgər orqanizm gecə saatlarında mütəmadi olaraq lazımi qidaları almasa, bu, maddələr mübadiləsinə mənfi təsir göstərir, yəni bədən enerjiyə qənaət etməyə başlayır və yağ yandırma prosesi ləngiyir. Hətta yuxu zamanı bədən zülal çatışmazlığı səbəbindən enerji üçün əzələ toxumasını parçalamağa başlaya bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır