Cəfəri, yoxsa şüyüd?
01.06.2025 14:07

Cəfəri və şüyüd süfrələrimizin ayrılmaz hissəsidir. Mətbəximizdə özünəməxsus yeri olan bu göyərtilər xörəklərə dad və ləzzət qatmaqla yanaşı, xoş ətri ilə iştahı artırır, həzmi asanlaşdırır. 

 

Aztibb.az xəbər verir ki, cəfəri K vitamini ilə zəngin olduğundan qanın laxtalanması və sümüklərin möhkəmliyi üçün vacibdir. Həmçinin C vitamini ehtiva edən bu göyərti immunitet üçün güclü antioksidant mənbəyidir. Tərkibindəki A vitamini sayəsində göz və dəri sağlamlığını dəstəkləyir. İltihab əleyhinə flavonoidlər, dəmir və kalium ilə zəngin olduğu üçün isə ürək-damar sisteminə müsbət təsir edir. Bundan əlavə, o, həzmi yaxşılaşdırmaq və nəfəsi təravətləndirmək xüsusiyyətinə malikdir. Şüyüd isə A və C vitaminləri ilə zəngindir, lakin onun əsas fərqi tərkibindəki efir yağlarıdır - məsələn, karvon və limonen. Bu maddələr antibakterial və potensial olaraq xərçəng əleyhinə xüsusiyyətləri ilə tanınır. Həmçinin həzmi yaxşılaşdırır, spazmları aradan qaldırır, qarında qaz və şişkinliklə mübarizə aparır.

 

Kalsium və manqanla da zəngin olduğundan sümüklər üçün faydalıdır. Hər iki göyərti "superfood" - yəni ən faydalı qidalar kateqoriyasına aiddir. Əgər 100 qram üçün vitamin göstəricilərinə nəzər yetirsək, cəfəri daha çox K və C vitamini ehtiva edir. Lakin şüyüd efir yağları sayəsində xüsusilə həzm və əsəb sistemi üçün terapevtik təsirə malikdir. Nəticədə bu bitkilər bir-biri ilə rəqabət aparmır - bir-birini tamamlayır. Söhbət hansı daha yaxşıdır sualından yox, sizə hansı bioloji aktiv maddələrin daha çox lazım olduğundan gedir. Ən yaxşısı hər iki göyərtini gündəlik qida rasionuna daxil etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır